Qədir Hüseynov erməni şahmatçını məğlub etdi

Qədir Hüseynov erməni şahmatçını məğlub etdi
Azərbaycan şahmatçısı Qədir Hüseynov "Dubai Open" turnirində uğurla çıxış edir. Siasport.az saytı xəbər verir ki, Qədir Hüseynov turnirin VIII turu çərçivəsində erməni Karen Qriqaryanı məğlub edib. Hüseynov bu qələbə sayəsində aktivindəki xalların sayını 6-ya çatdıraraq, 3-13-cü yerləri bölüşdürür. Turnir cədvəlinə isə 7 xal toplamış hindistanlı Parimarcana Nehi başçılıq edir.

Qeyd edək ki, 167 şahmatçının mübarizə apardığı "Dubai Open" turniri sabah yekinlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə