AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
16 aprel 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasının XXVII turunun "Xəzər Lənkəran" – "İnter" matçının 39-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 53).
16 aprel 2011-ci il tarixində
XIX Azərbaycan Premyer Liqasının XXVII turunun "Muğan" – "Turan" matçında
"Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min)
manat cərimə olunur (maddə 40).
15 aprel 2011-ci il tarixində
XIX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin
XXVII turunun "Muğan" – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 5
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə
olunur (maddə 40). Oyunun 44-cü dəqiqəsində "Muğan" klubunun
20 №-li futbolçusu İsmayıl İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq
cəzalanır, klub 100 (yüz) manat cərimə olunur (maddə 48). Oyunun
84-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 27 №-li futbolçusu Mircamal Əlizadə
kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 2 oyunluq cəzalanır, klub 1000 (min) manat cərimə olunur (maddə
37.1).
17
aprel 2011-ci il tarixində I divizionun XXII turunun "Bakılı" – "Neftçi" İSM
matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki
klub 100 (yüz) manat cərimə olunur (maddə 40). Matçın 90+1-ci
dəqiqəsində "Neftçi" İSM klubunun 1 №-li futbolçusu Bəxtiyar Gözəlov rəqibini
təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə
42.1).
12
aprel 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "MKT Araz" – "Qəbələ"
matçının 52-ci dəqiqəsində "MKT Araz" klubunun 15 №-li futbolçusu Murad Əliyev
sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
12
aprel 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Muğan" – "Simurq" matçında
"Simurq" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət
verilir (maddə 57).
12
aprel 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Bakı-2" – "Neftçi" İSM
matçının 55-ci dəqiqəsində "Neftçi" İSM klubunun 6 №-li futbolçusu Etibar
Rəhmanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə
48). Oyunun 56-cı dəqiqəsində "Bakı-2" klubunun 2 №-li futbolçusu
Qurban Qurbanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun
60-cı dəqiqəsində "Bakı-2" klubunun 22 №-li futbolçusu Vüqar Mustafayevlə
"Neftçi" İSM klubunun 10 №-li futbolçusu Elmin Ağayev bir-birini təhqir
etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün
hər iki futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
12
aprel 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın MOİK– "Gənclərbirliyi"
matçında MOİK klubu oyunu keçirmək üçün meydança ilə təmin etmədiyi üçün
kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).
7
aprel 2011-ci il tarixində "Kapital Bank U-15 Liqa"nın "Qəbələ" – "Neftçi" İSM
matçı başa çatdıqdan sonra hər iki klubun futbolçuları arasında dava baş
vermişdir. Davada iştirak edən futbolçuların adları məlum olmadığı üçün hər iki
klubun kapitanı 5 oyunluq cəzalanır (maddə 39.1).
16
aprel 2011-ci il tarixində U-13 Liqasının "Turan" – UGİM (Mingəçevir) matçının
25-ci dəqiqəsində "Turan" klubunun baş məşqçisi Roman Məmmədov meydançaya daxil
olaraq hakimi təhqir etdiyi üçün baş məşqçi 5 oyunluq cəzalanır (maddə
42.4).
16
aprel 2011-ci il tarixində U-13 Liqasının "Kəpəz" – "Qəbələ" matçının 20-ci
dəqiqəsində "Qəbələ" klubunun 11 №-li futbolçusu Turan Manafov idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17
aprel 2011-ci il tarixində U-13 Liqasının "Gücbirliyi" – "İnter" matçında
"Gücbirliyi" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət
verilir (maddə 57).
17
aprel 2011-ci il tarixində futzal üzrə Azərbaycan birinciliyinin "Əhmədli" –
"İnteqral" matçının 27-ci dəqiqəsində "İnteqral" klubunun 7 №-li futzalçısı
Anar Hüseynov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanır (maddə
42.1).
17 aprel 2011-ci il tarixində futzal üzrə Azərbaycan birinciliyinin "Olimpik Star" – NTD matçı başa çatdıqdan sonra "Olimpik Star" klubunun 7 №-li futzalçısı Zakir Kərimov hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB