Mərkəzi arenanın ot örtüyünü hansı şirkət təmir etdirir?

Mərkəzi arenanın ot örtüyünü hansı şirkət təmir etdirir?
Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyündə aparılan təmir işlərini maliyyələşdirən şirkətin adı müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, bərpa işləri stadionun büdcəsindən ödənməyəcək.

Məlumata görə, ot örtüyünün təmir işlərini \"A+A\" şirkəti maliyyələşdirir. Bu şirkətə isə Rauf Əliyev başçılıq edir. Bu ad sizləri çaşdırmasın. \"A+A\"nın rəhbəri millət vəkili və AFFA-nın I vitse-prezidenti Rauf Əliyev yox, tamam başqa adamdır.

Qeyd edək ki, mərkəzi arenada təmir işlərini bolqar Borislav Kolivin rəhbərlik etdiyi \"Bayk Plus LTD\" şirkəti aparır. Qazonun yenilənməsinə təxminən 15-20 min manat xərclənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com