"Neftçi" veteran futbolçu Akif Fəttahovu təbrik etdi

"Neftçi" veteran futbolçu Akif Fəttahovu təbrik etdi
Bu günlərdə veteran futbolçu Akif Fəttahovun 70 yaşı tamam olub. Siasport.az saytı xəbər verir ki, "Neftçi" klubunun bazasına dəvət olunan yubilyarla klub rəhbərliyi, məşqçilər və futbolçular fikir mübadiləsi aparıblar. Akif Fəttahova "Neftçi"nin forması və qiymətli hədiyyə təqdim edilib. Sonra xatirə şəkilləri çəkdirilib. Veteran futbolçu "Neftçi"nin rəsmi saytına fikirlərini bildirib: "Mənə göstərilən diqqətə görə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov başda olmaqla klub rəhbərliyinə minnətdaram. Flaqmanın rəhbərliyi həmişə veteranlara qayğı göstərməsi ilə seçilib. Yeri gəlmişkən, komandanın bu mövsümkü oyunu məni sevindirir. Komandadakı irəliləyiş göz qabağındadır. "Neftçi" çempion olmağa ən real namizəddir. Bunda klub rəhbərliyinin və məşqçilər korpusunun böyük əməyi var. Yerli məşqçilərə və futbolçulara güvəndiyinə, şans verdiyinə görə klub prezidentinə xüsusi təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə