"Bavariya" ulduz futbolçularını satmayacaq

"Bavariya" ulduz futbolçularını satmayacaq

Almaniyanın "Bayern Münhen" futbol klubu öz ulduz futbolçularını transferə çıxarmayacaq. Siasport.az saytı xəbər verir ki, söhbət alman klubunun iki forvardı Frank Riberi və Alien Robbenin taleyindən gedir. Alman klubunun rəsmi açıqlamasında qeyd olunur ki, hər iki ulduz futbolçu, Bavariya təmsilçisinin UEFA Çempionlar Liqasındakı uğursuzluqa baxmayaraq komandada gələcək mövsüm də də öz yerlərini qoruyacaqlar. Klubun idarə heyətinin sədri Karl Heinz Rummenigge də alman mətbuatına açıqlamasında heç bir futbolçunu satmaq niyyətlərində olmadıqlarını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə