Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. SİA-nın məlumatına görə, bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil olunub.
"Rio-2016"da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar. Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər. Medal sıralamasında Azərbaycan 39-cu olub.
Azərbaycan idmançılarının "Rio-2016"da göstərdikləri nəticələr:
Güləş
Qadın güləşi
Mariya Stadnik (48 kq) - gümüş
Nataliya Sinişin (53 kq) - bürünc
Yuliya Ratkeviç (58 kq) - 5-ci yer
Yunan-Roma
Rəsul Çunayev (66 kq) - bürünc
Sabah Şəriəti (130 kq) - bürünc
Rövşən Bayramov (59 kq) - 5-ci yer
Elvin Mürsəliyev (75 kq) - 7-ci yer
Saman Təhmasibi (85 kq) - 13-cü yer
Sərbəst güləş
Toğrul Əsgərov (65 kq) - gümüş
Xetaq Qazyumov (97 kq) - gümüş
Hacı Əliyev (57 kq) - bürünc
Cəbrayıl Həsənov (74 kq) - bürünc
Şərif Şərifov (86 kq) - bürünc
Cəmaləddin Məhəmmədov (125 kq) - 12-ci yer
Cüdo
Elmar Qasımov (100 kq) - gümüş
Rüstəm Orucov (73 kq) - gümüş
Orxan Səfərov (60 kq) - 5-ci yer
Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer
Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub
Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub
Boks
Lorenso Sotomayor (64 kq) - gümüş
Kamran Şahsuvarlı (75 kq) - bürünc
Elvin Məmişzadə (52 kq) - 1/4 finalda uduzub
Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub
Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub
Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub
Yana Alekseyevna (60 kq - qadınlar) - 1/4 finalda uduzub
Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub
Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub
Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub
Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub
Taekvondo
Radik İsayev (+80 kq) - qızıl
Milad Beigi Harçeqani (80 kq) - bürünc
Patimat Abakarova (49 kq) - bürünc
Fəridə Əzizova (67 kq) - 5-ci yer
Kanoe-sprint
Kanoe
Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - gümüş
Kayak
İnna Osipenko Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - bürünc
İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüş) - 8-ci yer
Akademik avarçəkmə
Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.
Kanoe-slalom
Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer
Velosiped idmanı
Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer
Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib
Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib
Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer
Bədii gimnastika
Marina Durunda (fərdi çoxnövçülük) - 9-cu yer
İdman gimnastikası
Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer
Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer
Üzgüçülük
Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer
Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer
Atıcılıq
Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer
Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer
Triatlon
Rostislav Pevtsov (üzgüçülük, velosipedsürmə və qaçış hərəkətlərinin cəmində) - 39-cu yer
Qılıncoynatma
Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub
Oxatma
Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub
Atletika
Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer
Nazim Babayev (üçtəkanla uzununa tullanma) - 25-ci yer
Evans Kiplaqat Barkovet (marafon qaçışı) - 28-ci yer
Hayle İbrahimov (5000 metr məsafəyə qaçış) - seçmə mərhələdə 7-ci yer. Finala çıxa bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB