Süni relyefdə qayayadırmanmanın mürəkkəblik növü üzrə açıq kubok yarışları başa çatıb

Süni relyefdə qayayadırmanmanın mürəkkəblik növü üzrə açıq kubok yarışları başa çatıb
"GreenRock" qayadromunda süni relyefdə qayayadırmanmanın mürəkkəblik növü üzrə Alpinizm Fedrasiyasının açıq kubok yarışları keçirilib. Siasport.az saytı xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyası vitse-prezidentinin köməkçisi Şamil Qasımzadə bildirib ki, turnirdə kişilər arasında Tomas Hedley, qadınların mübarizəsində Yelena Safronova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Mürəkkəblik və sürət yarışlarında isə Mövsüm Şirəliyev qızıl medal qazanıb.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Qobustan qayalarında alpinistlərin boulderinq növü üzrə yarışları başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə