“Atasport” acığını gənclərdən çıxdı

“Atasport” acığını gənclərdən çıxdı
Otüstü hokkey üzrə "Atasport" klubu ilk turda Qusarın "Şahdağ\" klubuna 1:3 hesabı ilə məğlub olduqdan sonra əsasını 18 yaşınadək oğlanlardan ibarət seçmə komandanın üzvləri təşkil edən "Gənclik" klubunu (Sumqayıt) sınağa çəkib. Siasport.az saytı xəbər verir ki, təqvim üzrə aprelin 10-da keçirilməli olan II turun oyunu "Gənclik" komandası rəhbərliyinin xahişi ilə (həmin gün məktəblilərin imtahanı olduğuna görə) iki gun öncə baş tutub. İlk turda məğlub olan bu rəqiblərin əyani qarşılaşmasında kifayət qədər təcrübəyə malik "Atasport" iyul ayında Avropa çempionatında çıxışa hazırlaşan 18 yaşınadək hokkeyçilərin "daşını daş üstə" qoymayaraq 11:1 hesabı ilə qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə