Lorenso Sotomayor: "Azərbaycana qızıl medal bəxş edəcəyəm" AÇIQLAMA
"Mən çempion olacağam". SİA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor deyib. O bildirib ki, qızıl medal qazanmaq üçün bütün gücündən istifadə edir: "Hər gün səylə çalışıram. Azərbaycana qızıl medal bəxş edəcəyəm".
Xatırladaq ki, Azərbaycan təmsilçisi 1/8 final görüşündə fransalı Hassan Amzilə qalib gələrək 1/4 finala yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB