Tahir Süleymanov: "Mahir Şükürovun "Neftçi"yə keçidi barədə heç bir danışıq olmayıb"
"Mahir Şükürovun "Neftçi"yə keçidi barədə heç bir danışıq olmayıb". Siasport.az saytı xəbər verir ki, bu sözləri açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib. Mahir Belçika ilə oyundan əvvəldən "Neftçi"nin məşqlərində iştirak edir. "Anji"dən kənarlaşdırılan futbolçu klubsuz qaldığından paytaxt təmsilçisinin heyətində formasını itirməməyə çalışır. Bu gün isə onun yayda "Neftçi" ilə müqavilə bağlayacağı barədə xəbərlər yayılıb. Xəbəri təkzib edən Süleymanov Mahirin "Neftçi"də məşq etməsinin səbəbləri barədə danışıb: "O, Bakıya qayıtdıqdan sonra yığmanın baş məşqçisi Berti Fotqs bizdən xahiş etdi ki, futbolçu formasını itirməmək üçün "Neftçi"nin düşərgəsində məşq etsin. Biz də "Anji"nin hadisədən xəbərdar olduğunu nəzərə alaraq Mahirin milli komanda naminə klubumuzda məşq etməsinə razılıq verdik. Mətbuatdan izlədiyimə görə, artıq onun "Anji" ilə heç bir bağlılığı qalmayıb və hazırda klubsuzdur. Şükürovun "Neftçi"nin məşqlərində iştirak etməsi üçün bizə yenidən müraciət olunub. Biz də milli komandanı nəzərə alaraq ona bu şəraiti yaratmışıq".//fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB