Kamran Şahsuvarlı: "Hər bir döyüşə yaxşı köklənmək lazımdır" AÇIQLAMA
"İlk görüşdə çinli boksçu ilə döyüşüm çox da ağır olmadı. Onu əvvəllər yarışlarda görsəm də, rinqdə qarşılaşmamışdıq. Özümə arxayın idim. Yalnız zaldakı atmosferdən qorxurdum ki, rinqdə sıxılaram. Ancaq sıxılmadım və qələbə qazandım". SİA-nın məlumatına görə bunu, Rio-2016 Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanan Azərbaycan boksçusu Kamran Şahsuvarlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.
O qeyd edib ki, olimpiadaya psixoloji cəhətdən hazırlıqlı olmaq vacibdir: "Olimpiya oyunlarında çıxış etmiş idmançılarımız mənə deyirdilər ki, əsas psixoloji vəziyyəti idarə etməkdir. Onu bacarsan, sonrası asan olacaq".
Boksçumuz növbəti döyüşünün çətin keçəcəyini bildirib: "Növbəti rəqibim rusiyalı boksçudur. Döyüş çətin olacaq. Onu çoxdan tanıyıram, yaşca məndən böyükdür. Ancaq heç vaxt onunla döyüşməmişik.
Ümumiyyətlə, olimpiadada asan döyüş olmur. Hər bir döyüşə yaxşı köklənmək lazımdır. Yaxşı hazırlaşmasan, güclü olmayan, tanınmamış idmançı da səni məğlub edə bilər".
Xatırladaq ki, 75 kq çəki dərəcəsində döyüşən idmançımız 1/16 final mərhələsində çinli Zao Minqqanqı məğlub edib. O, 1/8 finalda rusiyalı boksçu Artyom Çebotaryov ilə döyüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB