İstanbulun "Beşiktaş" futbol klubunun prezidenti Yıldırım Dəmirörən yenə skandal açıqlaması ilə gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl "Real Madrid"in baş məşqçisi Joze Maurinyo ilə görüşərək ona "Beşiktaş"ın baş məşqçisi olmağı təklif edən, bu istəyinin cavabında isə dünya şöhrətli portuqaliyalı futbol mütəxəssisindən kubar şəkildə "rədd ol" cavabını alan Y.Dəmirörən, hirsini İstanbul klunua gətirdiyi ulduz futbolçuların üstünə tökməyə başlayıb. İstanbul klubunun portuqaliyalı ulduz futbolçusu Almeydanın artıq "Beşiktaş"ı tərk etməsi ilə bağlı yayılan xəbərlərdən cana doyan Y.Dəmirörən, futbolçunun meneceri Əhməd Buludu yanına çağıraraq bütün bunların hardan qaynaqlandığını soruşub. Bu məsələdə menecerin də "barmağının" olmasından şübhələndiyini onun üzünə deyən Y.Dəmirörən, "Gedirsə getsin, onun yerinə Mixail Ballakı alarıq!" deyərək yeni transferin ilkin siqnalını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB