Qurban Qurbanov: "Brüsseldəki oyunda Rəşad Sadiqov milliyə hərtərəfli kömək edə bilərdi"

Qurban Qurbanov: "Brüsseldəki oyunda Rəşad Sadiqov milliyə hərtərəfli kömək edə bilərdi"
"Rəşad Sadiqovun milli komandaya layiq olduğunu düşünürəm". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Qarabağ"ın formasını geyinən Rəşad Sadiqov hazırda ölkəmizin ən yaxşı futbolçularından hesab olunur. Berti Foqts israrla onu yığmaya çağırmır. Alman çalışdırıcı Rəşadın yığma səviyyəsində futbolçu olmadığını düşünür. Qurban Qurbanov isə onun milliyə xeyir verəcəyinə inanır: "O, tam hazır formadadı. Brüsseldəki oyunda mərkəzdə Rəşad faydalı iş əmsalını göstərməklə milliyə hərtərəfli kömək edə bilərdi: topa nəzarət, dağıdıcı oyun göstərmək baxımından və s. Bu, mənim fikrimdi. Foqts fərqli düşünür, öz işidir".

Bütün xəbərlər Facebook səhifəmizdə