Berti Foqts yenə bacarmadı, millimiz yenə böyükhesblı məğlubiyyətə uğradı

Berti Foqts yenə bacarmadı, millimiz yenə böyükhesblı məğlubiyyətə uğradı
Futbol üzrə Azərbaycan milli komandası AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində dördüncü oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, yığmamız səfərdə Belçika millisi ilə qarşılaşıb. Brüsseldəki "Rua Boduen" stadionunda keçirilən qarşılaşmanın 12-ci dəqiqəsində Yan Vertonqen cərimə zərbəsindən qapımıza yol tapıb. Lakin belçikalıların üstünlüyü 4 dəqiqə çəkib və Ruslan Abışov künc zərbəsindən qaldırılan topu qapıya göndərib. 32-ci dəqiqədə Rail Məlikov yığmamımız yenidən məğlub duruma düşməsinə səbəb olub. Belə ki, cərimə meydançasında əllə oynayan futbolçunun hərəkəti penalti ilə nəticələnib və Timmi Simons dəqiq zərbə ilə meydan sahiblərinin ikinci qoluna imza atıb. İlk yarının son saniyələrində Naker Çadli üçüncü qolu qapımızdan keçirib. 74-cü dəqiqədə isə Jelle Vossen son nöqtəni qoyub - 4:1.

Bütün xəbərlər Facebook səhifəmizdə