Ağacan Abıyev: "Boksçularımız qızıl və gümüş medallar qazanmağa çalışacaqlar" AÇIQLAMA

Ağacan Abıyev: "Boksçularımız qızıl və gümüş medallar qazanmağa çalışacaqlar" AÇIQLAMA

"Boksçularımızın 3-ü dünya, 4-ü Avropa çempionudur. Daha 3 nəfər də olimpiya oyunlarında bürünc medal qazanıb. İndiyə qədər 6 bürünc medalımız var. Rio Olimpiadasında boksçularımız qızıl və gümüş medallar qazanmağa çalışacaqlar". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, millət vəkili Ağacan Abıyev deyib.

O, Olimpiya Oyunlarında çıxış edəcək idmançılarımızdan yüksək nəticələr gözlədiyini qeyd edib: "İdmançılarımızın qızıl və gümüş medallar qazanacaqlarına inanıram. Bu Olimpiadada qazanacağımız medalların sayı London Olimpiadasından da çox olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə