UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Viktoriya" (Plzen, Çexiya) matçının hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, komandamızın ev oyununu türkiyəli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Hüseyin Göçek olacaq. Ona həmyerliləri Mustafa Əmrə Əyisoy və Kamal Yılmaz köməklik edəcək. Barış Şimşək isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Hakimlərin işinə moldovalı İqor Satkii qiymət verəcək. Oyunun UEFA nümayəndəsi kiprli Andreas Akkelides olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı avqustun 2-də keçiriləcək və saat 20:30-da start götürəcək. İlk oyunda qolsuz heç-heçə qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB