“İnter” “Bavariya”nı Çempionlar Liqasından uzaqlaşdırdı!

“İnter” “Bavariya”nı Çempionlar Liqasından uzaqlaşdırdı!

Artıq almanlarla italyanların futbol mübarizəsi az qala tarixə çevrilir. Siasport.az saytı xəbər verir ki, dünən Çempionlar Liqasının 8/1 final qarşılaşması çərçivəsində keçirilən cavab oyununda "Alyans Arena"da Almaniyanın "Bayern Münhen" futbol klubu İtaliyanın "İnter" futbol kubuna məğlub olmaqla bu prinsipiallığı tarixi rəqabətə çevirib. İlk qarşılaşmada İtaliyada rəqibinə 1:0 hesabı ilə qalib gələn "Bayern Menhen", doğma meydanda bunu bacarmadı. Elə qarşılaşma başlayan kimi italyanların alman torpağına qisas üçün gəldikləri hamıya bəlli olub. Qonaq komanda sürətli futbol nümayiş etdirərək meydan sahiblərini öz qapılarına tərəf sıxışdırmağa başlayıb. Artıq qarşılaşmanın 3-cü dəqiqəsindəcə "İnter"in kamerunlu forvardı Samuel Eto\'o almanları cəzalandırıb. Amma "alman maşını" ruhdan düşməyib. Qarşılaşmanın 21-ci dəqiqəsində Mariyo Qomeş və 31-ci dəqiqədə Tomas Müller italyan klubunun qapısını düzgün nişan alıblar. İkinci hissədə isə "İnter" "Bayern Münhen"i Çempionlar Liqasından uzaqlaşdırmaq fikrində qəti olduğunu nümayiş etdirib. Oyunun 63-cü dəqiqəsində Vesley Şneyder və 88-ci dəqiqədə Goran Pandev gözəl qollar vuraraq komandalarının qələbəsini təmin ediblər. "Bayern Münhen"in qisas arzusu yenə ürəyində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə