"Xəzər Lənkəran" AZAL-a məğlub oldu

"Xəzər Lənkəran" AZAL-a məğlub oldu

Azərbaycan Premyer Liqasının final mərhələsinə start verilib. Siasport.az saytı xəbər verir ki, XXIII turun oyunları başa çatıb.

İlk "altılıq" çərçivəsində "İnter" "Qarabağ"ı qəbul edib. Oyun Ağdam klubunun üstünlüyü şəraitində keçib və Qurban Qurbanovun yetirmələri 2:0 hesablı qələbə qazanıb. "Qarabağ"ın qollarına Rauf Əliyev və Georgi Adamiya imza atıb.

"Xəzər Lənkəran" AZAL-ın qonağı olub. Son dövrlər gözəl oyunu ilə diqqəti çəkən Lənkəran təmsilçisi uzun fasilədən sonra ilk xal itkisini yaşayıb. Oyunun ilk yarısı lənkəranlıların üstünlüyü şəraitində keçirib. Lakin "Xəzər Lənkəran" yaratdığı qol vəziyyətlərindən yararlana bilməyib. AZAL da ilk yarıda bir neçə dəfə qola yaxın olub. İkinci yarıdada qonaqlar üstün olub. Lakin qol AZAL-dan gəlib. Enyo Krastovçev 76-cı dəqiqədə Yevgeni Kopilin səhvindən yararlanaraq, topu tora qovuşdurub. Qarşılaşma AZAL-ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Mirça Rednik bu oyunda zədə səbəbindən Kamran Ağayevlə Uinston Parksı oynatmayıb.

Lider "Neftçi" isə "Bakı"nın qonağı olub. "Neftçi" 8-ci dəqiqədə Flavinyonun vurduğu qolla hesabda önə keçib. Oyun bu hesabla da başa çatıb.

"Xəzər Lənkəran"ın məğlubiyyəti "Neftçi" və "Qarabağ"ın işinə yarayıb. "Neftçi" "Böyük oyun" öncəsi əzəli rəqibi ilə xal fərqini 4-ə çatdırıb. "Qarabağ" isə ikinci pillədəki "Xəzər Lənkəran"la xal fərqini ikiyə endirib.

İkinci "altılıq" çərçivəsində "Muğan" "Simurq"un qonağı olub. Oyunda hesabı 45-ci dəqiqədə Cavad Mirzəyev açıb. 55-ci dəqiqədə Hüseyn Axundov fərqi iki topa çatdırıb. İki dəqiqə sonra Mario Souza penaltidən fərqi minimuma endirsə də, əsas vaxta əlavə olunmuş dəqiqələrdə George Qulordava "Muğan"ın 3:1 hesablı qələbəsini təmin edib.

"Qəbələ" yenə qələbə qazana bilməyib. İlk "altılıq"dan kənarda qalan və kubokda mübarizəni erkən dayandıran Toni Adamsın komandası MOİK-lə oyunda xal itirib. Hesabı 50-ci dəqiqədə Deon Burton açıb. Lakin "Qəbələ"nin üstünlüyü cəmi 5 dəqiqə çəkib. 55-ci dəqiqədə fərqlənən Emin Cəfərquliyev MOİK-ə bir xal qazandırıb. Qeyd edək ki, MOİK matçın son 29 dəqiqəsini 10 nəfərlə keçirib. Belə ki, 61-ci dəqiqədə Ramin Tanrıverdiyev meydandan qovulub.

"Turan" isə final mərhələsinin ilk turunu qələbə ilə başa vurub. "Gəncə"ni qəbul edən Tovuz klubu hesabı 27-ci dəqiqədə açıb. Yasin Abbasov gəncəliləri məyus edib. 39-cu dəqiqədə "Gəncə"nin oyunçusu Patris Nukeu meydandan qovulub. Lakin "Turan" 10 nəfərlə qalan rəqibə qol vura bilməyib və matç 1:0 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня