Georgi Hagi indi də Milan Baroşla yola getmir

Georgi Hagi indi də Milan Baroşla yola getmir

İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Georgi Hagi, böyük ümidlərlə Almaniyanın "Verder Bremen" futbol klubundan İstanbul klubuna transfer olunmuş bosniyalı forvard Misimoviçi komandadan didərgin salandan sonra indi də, "Liverpul"dan "Qalatasaray"a transfer olunan və komandada gözəl oyunu ilə seçilən Milan Baroşu "gözümçıxdıya" salıb. Siasport.az saytı xəbər verir ki, dünən keçirilən təlim-məşq zamanı çexiyalı futbol ulduzu ilə mübahisə edən G.Hagi, onu təlim məşq toplantısından uzaqlaşdırıb. Ard-arda gələn məğlubiyyət və uğursuzluqlardan cana doyan klub rəhbərliyi bu dəfə rumunıyalı futbol mütəxəssisinə yerini göstərərək ondan bu cür halların bir daha təkrarlanmamasını tələb edib. Türkiyə mətbuatı xəbər verir ki, G.Haginin əlindan "qan ağlayan" rəhbərlik bu cür halların klubun futbolçularında və azarkeşlərində ümidsizlik yaratdığını və "Qalatasaray"ın adına böyük qüsur gətirdiyini bildirib. Onsuz da müvsümün sonunda İstanbul klubunu tərk edəcəyi indidən məlum olan G.Hagi, vəziyyəti daha da gərginləşdirməmək üçün M.Baroşun təlim-məşq prosesində iştirak etməsinə icazə verməyə məcbur olub.

Bütün xəbərlər Facebook səhifəmizdə