Bakıda boks üzrə 4-cü beynəlxalq “İpək yolu” turnirinin açılış mırasimi keçirilib

Bakıda boks üzrə 4-cü beynəlxalq “İpək yolu” turnirinin açılış mırasimi keçirilib
Bu gün Bakı İdman Sarayında boks üzrə 4-cü beynəlxalq "İpək yolu" turnirinin açılışı olub. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan, İran, Tacikistan və Özbəkistan boksçuları mübarizə aparırlar. Yarışda Azərbaycan 20 idmançı ilə təmsil olununur. Yarışda ümumilikdə, turnirdə 100-dən çox boksçu iştirak edir.

Yarışın təntənəli açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bu beynəlxalq turnirin Azərbaycanda keçirilməsi təsadüfi deyil: "Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançıların göstərdiyi yüksək nəticələr respublikamızın idman sahəsində potensial imkanlarını nümayiş etdirməklə bərabər, həm də ölkəmizdə idmana dövlət qayğısının təzahürüdür. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən layiqincə davam etdirilir".

O qeyd edib ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir, ölkəmiz dünya idmanının inkişafına öz töhfələrini verməkdədir. Müxtəlif beynəlxalq yarışların, qitə və dünya çempionatlarının ölkəmizdə keçirilməsinin artıq ənənəyə çevrildiyini vurğulayan nazir müavini Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya Oyunlarında uğurla çıxış eetdiklərini dilə gətirib. İsmayıl İsmayılov əmin olduğunu bildirib ki, Azərbaycan boksçuları bu turnirdə də yüksək nəticələr göstərəcəklər.

Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Əbiyev boksçulara uğurlar arzulyıb. O bildirib ki, Azərbaycan təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də mühüm idman yarışlarının təşkilindəki nailiyyətləri ilə məşhurdur: "Bir sıra beynəlxalq idman qurumları dünya səviyyəli yarışların ölkəmizdə keçirilməsinə tərəddüdsüz razılıq verirlər. Bu onu göstərir ki, həmin beynəlxalq təşkilatlar Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər. Mötəbər yarışlardan sayılan boks üzrə kişilər arasında dünya çempionatı bu ilin sentyabrında ölkəmizdə təşkil olunacaq".

Azərbaycanda boksun zəngin ənənələri olduğunu xatırladan birinci vitse-prezident deyib ki, boksçularımız dünya miqyaslı yarışlarda ölkəmizi həmişə ləyaqətlə təmsil ediblər.

Rəsmi açılış mərasimindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, uşaq rəqs ansamblının qədim "İpək Yolu" üzərində yerləşən xalqların mədəniyyətini əks etdirən nümunəvi çıxışları olub.

Mərasim incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, 10 çəki dərəcəsi üzrə keçirilən turnirin final görüşləri martın 13-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня