ÇL-də II təsnifat mərhələsinin ilk oyunları yekunlaşacaq

ÇL-də II təsnifat mərhələsinin ilk oyunları yekunlaşacaq

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. SİA-nın məlumatına görə, "Qarabağ"ın "Düdelanj"la oyunu ilə yanaşı, daha 7 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qazaxıstanda baş tutacaq. Burada son çempion "Astana" klubu Litva "Jalgiris"ini sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, dünən keçirilən 9 oyunla "Dinamo" (Gürcüstan), "Zalsburq" (Avstriya), APOEL (Kipr), "Hapoel" (Beyer-Şeva, İsrail), BATE (Belarus), "Legiya" (Polşa), "Srvena Zvezda" (Serbiya), "Kopenhagen" (Danimarka) və "Ludoqorets" (Bolqarıstan) klubları növbəti mərhələyə yüksəliblər.

20 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları

18:00. "Astana" (Qazaxıstan) - "Jalgiris" (Litva)
İlk oyun - 0:0

20:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:2

21:15. "Norçepinq" (İsveç) - "Rusenborq" (Norveç)
İlk oyun - 1:3

21:30. "Ferensvaroş" (Macarıstan) - "Partizani" (Albaniya)
İlk oyun - 1:1

22:15. "Trençin" (Slovakiya) - "Olimpiya" (Sloveniya)
İlk oyun - 4:3

22:45. "Seltik" (Şotlandiya) - "Linkoln" (Cəbəllütariq)
İlk oyun - 0:1

22:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Vardar" (Makedonia)
İlk oyun - 2:1

23:15. "Hafnarfyorfur" (İslandiya) - "Dandolk" (İrlandiya)
İlk oyun - 1:1

Bütün xəbərlər Facebook səhifəmizdə