Ceyhun Əzizli polislər tərəfinfən vəhşicəsinə döyüldü

Ceyhun Əzizli polislər tərəfinfən vəhşicəsinə döyüldü

"UltraNeftçi" fanklubunun rəhbəri Ceyhun Əzizli "Neftçi" - "Xəzər Lənkləran" matçı zamanı polislər tərəfindən vəhşicəsinə döyülüb. Siasport.az saytı xəbər verir ki, davanın yaranmasına səbəb "Xəzər Lənkəran" klubunun azarkeşlərindən birinin "UlraNeftçi"nin üzvlərinin cəmləşdiyi tribunaya gəlməsi, davaya təhrikedici hərəkətləri olub. Lənkəran təmsilçisinin azarkeşini polislər ordan uzaqlaşdırsalar da, C.Əzizli qanun keşikçilərinin qəzəbinə tuş gəlib və onlar tərəfindən dəyənəklər vasitəsi ilə döyülüb. Dərhal hadisə yerinə gedən əməkdaşımız fanklub rəhbərinin bədəninə baxıb və C.Əzizlinin bədnində həqiqətən də yara izləri, göyərərmiş, qançır olmuş, sivrilmiş yerlər olub.

Əməkdaşımızla söhbətində C.Əzizli onu 7 polis əməkdaşının döyüdüyünü deyib. O, həmin sektorda cəmi 1 lənkəranlı azarkeşin olduğunu, onu da dərhal polislərin ordan uzaqlaşdığını qeyd edib: "Özümüz özümü döyməyəcəyik ki? Məni 7 polis küçə söyüşləri söyərək döydülər".

Bütün xəbərlər Facebook səhifəmizdə