UEFA "Avro-2016"nın finalında keçirilən Portuqaliya – Fransa görüşünün (1:0) ən yaxşı futbolçusunu elan edib. SİA xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərə görə, Priney təmsilçisinin müdafiəçisi Pepe matçın ən yaxşısı seçilib. Qeyd edək ki, 120 dəqiqə meydanda olan Pepe müdafiədə etibarlı oynayaraq komandasının ilk dəfə Avropa çempionu adını qazanmasında böyük pay sahibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB