Leonel Messi siyasətçini məhkəməyə verir

Leonel Messi siyasətçini məhkəməyə verir

"Barselona" futbol klubunun argentinalı ulduzu Leonel Messi bu dəfə siyasətçilərlə məhkəmə davasına çıxıb. Siasport.az saytı xəbər verir ki, L.Messi, onunla yadigar şəkil çəkdirərək sonradan bu şəkilləri seçki afişası kimi istifadə edən Salta vilayətinin qubernatoru olmağa hazırlaşan Alfredo Olmedonu haqq divanına çəkmək istəyir. Şəkillərin üzərində L.Messiyə məxsus olan "İdman varsa, narkotika yoxdur" şüarının yazılması futbolçunun vəkillərini də hərəkətə gətirib. L.Messinin vəkili Ricardo Giusepponi bildirib ki, onlar kimlərinsə L.Messinin adından bu cür siyası məqsədlər üçün istifadə olunmasına imkan verməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə