İngilis mətbuatı: “Qattuzo əsl faşistdir!”

İngilis mətbuatı: “Qattuzo əsl faşistdir!”

Deyəsən İtaliyanın "Milan" futbol klubunun forvardı Qattuzo artıq İngiltərədə nifrətlə yad ediləcək "qəhrəmanlar"ın siyahısına daxil olur. Siasport.az saytı xəbər verir ki, Çempionlar Liqsının 1/8 final mərhələsinin ilk qarşılaşmasında "Tottenhem" futbol klubuna 0:1 hesabı ilə uduzan italyan təmsilçisinin futbolçusu Qottuzonun rəqib komandanın məşqçi və futbolçularına qarşı fiziki zərbələr endirməsi, bu azmış kimi onları ən ağır şöyüşlərlə təhqir etməsi ingilis mətbuatında da qəzəblə qarşılanıb. İngiltərənin "The Sun" qəzeti Qattuzonun ingilislərə qarşı olan hədsiz nifrətini faşizmlə müqayisə edərək, onu bir növ Mussoliniyə bənzədib. Avropada daima ingilislərin hər zaman italyan nifrətini üzərlərində hiss etdiklərini yazan ingilis qəzeti əlavə edib ki, bütün İngiltərə UEFA-dan bu təhqir və vəhşiliyin cəzasını gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə