Starkov həmyerlisini \"Bakı\"ya gətirmək istəyir

Starkov həmyerlisini \"Bakı\"ya gətirmək istəyir

Aleksandr Starkov həmyerlisini \"Bakı\"ya gətirmək istəyir. Siapsort.az saytı xəbər verir ki, latviyalı mütəxəssis yığma komandada rəhbərliyi altında çıxış edən Maksim Rafalskisin transferində maraqlıdır. Məlumata görə, Starkov latviyalı futbolçu ilə bu barədə danışıb və razılıq alıb. Rafalskis yayda \"Bakı\"ya transfer olunmağın əleyhinə deyil.

Qeyd edək ki, Maksim Rafalskis 14 may 1984-cü ildə Latviyada dünyaya gəlib. 1.77 m boyu olan yarımmüdafiəçi 2005-2008-ci illərdə \"Riqa\" klubunun şərəfini qoruyub (67 oyun, 3 qol). 2008-ci ildə Liepayas \"Metalurq\"una transfer olunan futbolçu indiyədək 37 oyunda 11 qola imza atıb. 2008-ci ildən Starkovun Latviya millisinə çağırdığğı Rafalskis 10 dəfə yığma formasını geyinib. O, 2009-cu ildə \"Metallurq\"la Latviya çempionluğunu qazanıb.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə