Aleksandar Soliç 3 həftə yaşıl meydanlardan kənarda qalacaq

Zədə epidemiyası "Bakı" klubunu izləməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, xorvatiyalı futbolçu Aleksandar Soliç "Muğan" oyunda aldığı zədə səbəbindən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Dünən Mərkəzi Gömrük Qospitalında müayinə zamanı sağ dizinin iç yan bağında ikinci dərəcəli dartılma aşkarlanan Soliç martın ilk həftəsinədək oynaya bilməyəcək. Bununla da 28 yaşlı yarımmüdafiəçi daha əvvəl zədələnən və əməliyyat olunan Ernad Skuliç, müalicə alan Stefan Borbikoni və əzələsini dartan Rafael Əmirbəyovun sırasına qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə