"Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, klub rəsmi şəkildə İlkay Gündoğanı transfer etdiyini açıqlayıb. Açıqlamada qeyd olunur ki, "Mançester Siti" transfer üçün "Borussiya" (Dortmund) ilə danışıqları uğurla tamamlayıb. 25 yaşlı orta sahə oyunçusu ilə 4 illik müqavilə imzalanıb. Futbolçu üçün alman klubuna ödənilən məbləğ rəsmi şəkildə açıqlanmasa da , xarici mediada "Mançester Siti"nin 25 milyon avro civarında pulundan keçdiyi bildirilir.
Yeni baş məşqçi Pep Qvardiolanın ilk transferi alman klubunda 157 matçda 15 qol vurub və 21 qol ötürməsi verib. Dizindəki zədə səbəbindən Avropa çempionatında oynayamayacaq futbolçu 16 dəfə çağrıldığı Almaniya milli komandasında 4 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB