Qış hazırlıq dövründə Antaliyada təlim-məşq toplanışı keçirən "Abşeron" klubu iki yoldaşlıq matçı keçirib. Siasport.az saytı xəbər verir ki, Bakıda hazırlıq dövründə keçirdiyi yoldaşlıq oyunlarındakı qələbə seriyasını Antaliyada da davam etdirən "abşeron"çular hər iki qarşılaşmada səlis oyun nümayiş etdiriblər. İlk qarşılaşma Almaniyanın Regional Liqasında çıxış edən "Wupertall" komandası ilə olub. Görüş 4:2 hesabı ilə komandamızın qələbəsi ilə nəticələnib. Həmin gün daha bir qarşılaşma Qazaxıstan Super Liqasında mübazirə aparan "Akzhayik" komandası ilə baş tutub. Gərgin keçən oyun "Abşeron"un qələbəsi ilə başa çatıb – 1:0.
Qeyd edək ki, I Divizionda 35 xalla liderlik edən və I dövrədə keçirdiyi 13 oyunu 11 tam qələbə, 2 heç-heçə ilə tamamlayan "Abşeron" komandası təlim-məşq toplanışı keçirmək üçün tam heyətlə Antaliya şəhərinə yanvarın 23-də yola düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB