Simao Sambroza “Beşiktaş” azarkeşlərinə heyran qalıb

Simao Sambroza “Beşiktaş” azarkeşlərinə heyran qalıb


İstanbulun tarixi yerləri və gözəl havası ilə yanaşı azarkeşləri də zaman-zaman əcnəbi futbolçuları valeh edib. Siasport.az saytı xəbə verir ki, bu əcnəbi futbol ulduzlarının sırasına daha bir portuqaliyalı da qoşulub. Belə ki "Beşiktaş"ın bu yaxınlarda transfer etdiyi, İspaniyada daha çox "Atletiko Madrid"in əfsanəvi futbolçusu və kapitanı kimi tanınan Simao Sambroza "İsmət İnönü"dəki "qara qartal" tərəfdarlarına heyran qalıb. Portuqaliyalı futbol ulduzu jurnalistlərə verdiyi açıqlamada bildirib ki, o bu vaxta qədər "Beşiktaş" tərəfdarlarının bənzərini görməyib. "Bucaspor
"la oynanılan qarşılaşmada ilk dəfə "Beşiktaş" tərəfdarlarının qarşısında meydana çıxan S.Sambroza, azarkeşlərin ardıcıl olaraq komandalarına dəstək vermələrini xüsusi qeyd edib: \"Meydana çıxdığım zaman bütün tribunaların tam olaraq azarkeşlərlə dolu olduğunu gördüm. Onlar bizi ruhlandırmaq üçün hər şey edirdilər. "İsmət İnönü"nün izdihamlı bir stadion olduğunu bilirdim. Bir çoxlarının dilindən bu komandanın böyük və çılğın azarkeş qüvvəsinin olduğunu da eşitmişdim. Amma bu qədər heyranedici mənzərəni təsəvvür etmirdim. "Barselona"da oynadığım zaman bu tərəfdarları ilk dəfə gördüm. Əgər uğurqazanmaq istəyiriksə, bu güclü azarkeş qüvvəsindən faydalanmalıyıq."-deyə portuqaliyalı ulduz bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə