Dənizkənarı Milli Parkda 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunarının startına geriyə sayımın başlamasına həsr olunmuş idman tədbiri keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə gənclər və idman naziri, IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri, İslam dövlətinin Milli Olimpiya Komitələrinin (NOC) üzvləri və digər qonaqlar iştirak ediblər.
Qonaqlara ilk olaraq aktyorlar tərəfindən İslam dünyasının bir sıra əfsanələrini özündə əks etdirən səhnələr nümayiş etdirilib. Daha sonra IV İslam Həmrəyliyi Oyunlarının proqramında yer alan idman növlərinin təqdimatı olub.
Bununla da, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə start götürməsinə geriyə sayım başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB