Gürcüstan Respublikasının Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, yarışda yığma komandanın məşqçisi Zöhrab Abbasovun rəhbərliyi altında iştirak edən güləşçilərimiz turniri 2 bürünc medalla başa vurublar.
66 kq çəkidə mübarizə aparan Namaz Rüstəmov və 120 kq çəkidə yarışan Adəm Cəlilov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB