"Futbol və Sağlam Həyat" adlı layihə 34 saylı orta məktəbdə keçirilib

Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir. SİA-nın məlumatına görə, layihə bu dəfə Sumqayıtın 34 saylı orta məktəbində baş tutub. Tədbirdə həmin məktəblə yanaşı, 33, 27, 37, 26 və 16 saylı orta məktəblərin şagirdləri də iştirak ediblər.

"Sumqayıt" FK-nın texniki direktoru Aqil Məmmədov və məşqçi Ağamusa Bağırov şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib.

Tədbirdə "Sumqayıt" FK-nın məşqçi heyəti ilə yanaşı, əvəzedici komandanın da üzvləri iştirak edib.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri və xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsi 48 orta məktəbi əhatə edəcək. Ümumilikdə, layihədə 500-dən artıq şagird iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə