Cəbhədə artileriyalardan atəş açıldı

İntensiv atışlmalar Qapanlı kəndi tərəfdə qeydə alınıb

"Tərtər istiqamətində atışma davam edir". Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, qarşı tərəf cəbhə xəttində ağır artileriya iriçaplı silahlardan istifadə edir.

Aprelin 26-sı saat 22:00 radələrində cəbhənin Tərtər istiqamətində qarşı tərəfin artileriya silahlarından açdığı atəş nəticəsində ölən və ya xəsarət alan olmayıb. İntensiv atışlmalar Qapanlı kəndi tərəfdə qeydə alınıb. Azərbaycan ordusu qarşı tərəfin açdığı atəşə cavab atəşi ilə qarşılıq verir.

Bütün xəbərlər Facebook səhifəmizdə