Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən güləş üzrə I Dünya təsnifat turniri start götürüb. SİA-nın məlumatına görə, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir-üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanacaq.
Turnirin ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparır.
98 kq
1/16 final - Yerulan İskakov (KAZ) - Orxan Nuriyev 2:4
1/8 final - Orxan Nuriyev - Radoslav Pavel Qrzibiçki (POL) 1:3
Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB