Qaxda Azərbaycan çempionatı keçirilib

Qaxda Azərbaycan çempionatı keçirilib

Qax rayonunda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib. SİA-nın məlumatına görə, yarışda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfndən ezam olunmuş Bakı komandası da iştirak edib. Ümumilikdə, kross qaçışı üzrə Respublika çempionatında 6 komanda (Bakı, Sumqayıt, Qax, Astara, Balakən, Gəncə) mübarizə aparıb.

Nəticələrə görə, qızlar arasında Jalə Rəhimzadə (1 km - Bakı), Aidə Hacıyeva (2 km - Bakı), Aynur Əsgərova (6 km - Bakı), Rəqsanə Rəcəbli (8 km), kişilər arasında Zaman Pirverdiyev (10 km - Gəncə), Rüstəm Seyidov (2 km - Bakı), İlham Abışov (3 km - Bakı), Andrey Aranoviç (8 km - Bakı), veteran idmançılar arasında Tapdıq Dadaşov (Sumqayıt), Albert Menyayev (Bakı) və Ruslan Hüseynov (Gəncə) I yerə layiq görülüb.

Komanda hesabında I yerə Bakı, II yerə Qax, III yerə Sumqayıt çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə