U-19 (qızlar) elit-raundda ilk oyununa çıxacaq

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, 1-ci qrupda mübarizə aparacaq yığmamızın bugünkü rəqibi Polşa komandası olacaq. İrlandiyanın Dublin şəhərindəki "Carlisle Grounds" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək qarşılaşmanı idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Baş hakim: Ana Miniç (Serbiya)

Baş hakimin köməkçiləri: Danijela Stojanoviç (Serbiya), Olivia Sneyd (İrlandiya)

Dördüncü hakim: Deirdre Nolan (İrlandiya)

UEFA nümayəndəsi: Kadri Jagel (Estoniya)

Hakim-inspektor: İngrid Jonsson (İsveç)

Bütün xəbərlər Facebook səhifəmizdə