Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib FOTOLAR

Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib FOTOLAR

Bu gün Gənclər və idman naziri Azad Rəhimov Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayonundan olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, saat 11.00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 30-a yaxın vətəndaş iştirak edib.

Gənclər sahəsi üzrə edilən müraciətlər Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər və idman mərkəzlərinin tikintisi, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, iş ilə təminat və s. ilə bağlı olub.

İdman sahəsində isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması və s. haqda müraciətlər edilib.

Bir sıra müraciətlər yerində həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə