İordaniya şahzadəsi ABŞ-ı dəstəkləyəcək

İordaniya şahzadəsi: FİFA prezidenti seçildiyim təqdirdə ABŞ-ın istintaq araşdırmalarına dəstək verəcəyəm
İordaniya şahzadəsi ABŞ-ı dəstəkləyəcək

FİFA rəhbəri seçildiyim təqdirdə, beynəlxalq futbol qurumu İsveçrə və ABŞ-ın istintaq orqanları ilə sıx əməkdaşlıq edəcək. Bu bəyanatla FİFA prezidentliyinə namizəd, İordaniya şahzadəsi Əli bin Al-Hüseyn çıxış edib. İordaniya şahzadəsi iradını da gizlətməyib. Onun sözlərinə görə, bütün bir Konfederasiyanın namizədlərdən birinə dəstək göstərməsi heç də qəbul edilə bilməz.

Əli bin Al-Hüseyn deyib: "Bu FİFA seçkisidir, konfederasiya seçimi deyil. Fikrimcə, hər namizədin konfederasiyalarla iş aparması düzgün deyil. Bu hal ayrıseçkiliyə səbəb olur. Seçki FİFA-nın 209 üzvünə aiddir, konfederasiyaya deyil. Hər kəsin öz qənaəti və seçimi olmalıdır".

Namizəd qeyd edib ki, ali futbol qurumu etimadını və təmiz təşkilat imicini yalnız şəffaflıq, rasizmə, insan hüquqlarının pozulması və korrupsiyaya qarşı mübarizəni gücləndirməklə qaytara bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə