Stolüstü tennis çempionatına start verilib

Stolüstü tennis çempionatına start verilib

Fevralın 8-də "ŞÜA" İdman-Sağlamlıq kompleksində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasından SİA-ya verilən məlumata görə, yarış beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Çempionatda şəhər və rayonların yığma komandaları iştirak edirlər.

Yarışa fevralın 12-də yekun vurulacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə