Rusiyanın Ryazan şəhərində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. "Neftçi İdman Klubu"nun yetirmələri də yarışda öz bacarıqlarını nümayiş etdiriblər. Yeniyetmə güləşçilərimiz turniri 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
Pəhləvanlarımızdan Hüseyn Hüseynov (42 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Murad Abbasov (55 kq) gümüş medalla kifayətlənib. Digər güləşçimiz Ramin Zeynalov (58 kq) isə yarışı üçüncü pillədə tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB