Millət vəkili: "Azərbaycan-Britaniya münasibətlərinin dərin kökləri var" AÇIQLAMA
"Cənab Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri qarşılıqlı münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatı baxımından böyük əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.
Deputat qeyd edib ki, Azərbaycan-Böyük Britaniya münasibətlərinin dərin tarixi kökləri var: "Məhz İngiltərinin tövsiyəsi əsasında 1920-ci il 11 yanvarda dövlət müstəqilliyimiz tanınıb. Bu addımı xalqımız heç bir zaman unutmur. Dövlət müstəqilliyi bərpa edildikdən sonra isə ikitərəfli münasibətlər müxtəlif istiqamətlər üzrə inkişaf edib, böyük yol keçib və təməlləri möhkəmdir".
M.Qasımlı vurğulayıb ki, səfər çoxtərəfli format baxımından da əhəmiyyətlidir: "Suriya münaqişəsinə həsr edilmiş beynəlxalq konfransa cənab Prezidentin dəvət edilməsi dövlətimizin artan beynəlxalq nüfuzunu, yerinin möhkəmlənməsini və Yaxın Şərqdəki münaqişələrin həllində böyük potensialının olduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB