FİFA prezidentliyinə namizəd İordaniya şahzadəsi Əli bin əl-Hüseyn seçkilərdə qalib gələcəyinə inandığını deyib. "France Press" xəbər verir ki, İordaniya şahzadəsi qurumun yeni prezidenti olacağına əmindir. Onun fikrincə, bu proqnoz kənardan müdaxilə olmasa mütləq özünü doğruldacaq:
"Kənardan müdaxilə və qanun pozuntusu olmasa qalıb gəlmək şansım yüksəkdir. İnanıram ki, 209 milli assosiasiya düngün seçim edəcək. Çoxları qurumdaki hadisələrdən təngə gəlib. Mən milli federasiyada fəaliyyət apardığım üçün Ali qurumun inkişafında böyük rol oynaya bilərəm. FİFA-nın bütün təşkilatı piramidasını dəyişdirməklə 21-ci əsrə qədəm qoymaq olar", - deyə əl-Hüseyn bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB