"Anderlext" - "Qarabağ" oyununu idarə edəcək hakimlər müəyyənləşib

"Anderlext" - "Qarabağ" oyununu idarə edəcək hakimlər müəyyənləşib

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Anderlext" ilə qarşılaşacaq "Qarabağ"ın oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. SİA-nın məlumatına görə, qarşılaşma sloveniyalı hakim Slavko Vinçiçə tapşırılıb. Ona Bojan Ul və Tomas Klançnik köməklik edəcək. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Anderlext" - Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Köməkçi hakimlər: Boyan Ul, Tomas Klançnik (hər ikisi Sloveniya)

Əlavə köməkçi hakimlər: Roberto Ponis, Draqoslav Periç (hər ikisi Sloveniya)

Dördüncü hakim: Andraz Kovaçiç (Sloveniya)

Bütün xəbərlər Facebook səhifəmizdə