Nigar Arpadarai: "Motoidman azarkeş kütləsini məlumatlandırmağı hədəf seçmişik"
2015-ci ilin 2-5 dekabr tarixləri arasında Bakıda keçiriləcək Bakutel beynəlxalq Telekommunikasiya və İnformasiya konfrans-sərgisinin 200-ə yaxın iştirakçısı arasında Formula 1 Avropa Qran Prisinin Azərbaycandakı promouteri - Bakı Şəhər Halqası Əməliyyat Şirkəti də yer alıb. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ITECA Caspian şirkətinin təşkilatçılığı ilə hər il yerli təmsilçilərdən əlavə Rusiya, Amerika, Türkiyə və digər xarici ölkələrin aparıcı şirkətlərinin qatıldığı sərgidə Bakı Şəhər Halqası da 3 gün ərzində özünəməxsus şəkildə təmsil olunacaq. Belə ki, promouter şirkətin Formula 1 tərzində qurulmuş stendi ətrafında yarışın bilet satışı və ümumilikdə Qran Pri ilə bağlı son yenilikləri əks etdirən məlumatlandırıcı vəsaitlər ziyarətçilərə təqdim olunacaq.
"Biz 3 gün ərzində hər bir sferada çalışan yerli və xarici motoidman azarkeş kütləsini məlumatlandırmağı hədəf seçmişik. Konfrans-sərgi zamanı telekommunikasiya sənayesinin təmsilçiləri, istehlakçılar və ümumiyyətlə konfrans-sərginin ziyarətçiləri arasında Avropa Qran Prisini səbrsizliklə gözləyən qonaqlarla üzbəüz görüşmək və onları maraqlandıran bütün sualları cavablandırmaq imkanımız olacaq" - deyə, şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB