Topaz Premyer Liqasının XII turunun oyun cədvəlində dəyişiklik edilib. SİA-nın məlumatına görə, "Qəbələ" klubunun məktubunu nəzərə alan Peşəkar Futbol Liqası "Qəbələ" - "İnter" görüşünün 7 noyabrda yox, 9 noyabrda keçirilməsinə qərar verib. Buna səbəb "Qəbələ" klubunun 5 noyabr tarixdə Avropa Liqasının qrup mərhələsində "Borussiya Dortmund" klubuna qarşı keçirəcəyi matçdır.
Eyni zamanda, canlı yayımla əlaqədar olaraq "Zirə" - "Sumqayıt" görüşünün 6 noyabrda deyil, 7 noyabrda keçirilməsi rəsmiləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB