"Mançester Siti" davam, "Mançester Yunayted" tamam

"Mançester Siti" davam, "Mançester Yunayted" tamam

Son oyun günündə daha 4 qarşılaşma keçirilib. "Liverpul" yeni baş məşqçisi Yurgen Kloppun rəhbərliyi altında ilk qələbəsini qazanıb. "Mersisaydlılar" doğma azarkeşləri önündə "Bornmut" 1:0 hesabı ilə məğlub edib. "Sauthempton" isə evdə "Aston Villa"nı 2:1 hesabı ilə üstələyib.

"Mançester Yunayted" klubu "Midlsbro" səddini keçə bilməyib. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan qonaqlar 1/4 finala yüksəlib. Mançesterin digər təmsilçisi "Mançester Siti" evdə "Kristal Palas"ı 5:1 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıb.

28 oktyabr

İngiltərə Liqa Kuboku, 1/8 final

"Liverpul" - "Bornmut" - 1:0
Qol: Klayn, 17 (1:0)

"Mançester Yunayted" - "Midlsbro" - 0:0 (Penaltilər seriyası - 1:3)

"Sauthempton" - "Aston Villa" - 2:1
Qollar: Yoşida, 51 (1:0), Pelle, 77 (2:0), Sinkleyr, 90+4-pen (2:1)

"Mançester Siti" - "Kristal Palas" - 5:1
Qollar: Boni, 22 (1:0), de Bruyne, 44 (2:0), İheanaço, 59 (3:0), Ture, 76-pen (4:0), Delaney, 89 (4:1), Qarsiya, 90+4 (5:1)

Bütün xəbərlər Facebook səhifəmizdə