İlham Zəkiyev dünya birinciliyində nümunəvi çıxışlar edib

İlham Zəkiyev dünya birinciliyində nümunəvi çıxışlar edib

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənc cüdoçuların dünya birinciliyi keçirilir və Azərbaycanın gənclərdən ibarət yığma komandası da bu yarışda iştirak edir.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Neftçi İdman Klubu"nun paralimpiyaçı cüdoçusu, ikiqat paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordenli, "Tərəqqi" medalı sahibi, Heydər Əliyev Fondunun təsis etdiyi beynəlxalq "Qızıl çinar" mükafatının laureatı İlham Zəkiyev gənclərin dünya birinciliyində paralimpiya cüdosunun təqdimatı münasibətilə Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən Əbu-Dabiyə dəvət olunub. İ.Zəkiyev digər təmsilçisimiz - Azərbaycanın paralimpiyaçı cüdoçulardan ibarət milli komandasının üzvü Kənan Abdulxanlı ilə birlikdə nümunəvi çıxışlar edib.

Yarışın keçirildiyi idman sarayında respublikamızın fəxri, dünya paracüdosunun ulduz idmançısı İlham Zəkiyevin erməni snayperi tərəfindən vurularaq görmə qabiliyyətini itirməsi elan olunub.

Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə