Yığma komandamız Belqradda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib FOTO
Xəbər verdiyimiz kimi, kikboksinq üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda dünya çempionatında iştirak edir. SİA_nın məlumatına görə, yığma komandamızın üzvləri Belqradda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoyublar.
Ziyarətdə federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, milli komandanın rəisi Sadıq Bağırov, baş məşqçi Elşən Abdulrəhimov, gənclər və yeniyetmələr üzrə baş məşqçi Ehram Məcidov, məşqçilər Hakim Hacıyev, Fuad Zeynalov, Eduard Məmmədov, Elnur Alıyev və digər tanınmış kikboksçular iştirak ediblər.
Noyabrın 1-dək davam edəcək Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının versiyası üzrə mundialda Azərbaycan ilk dəfə olaraq 34 nümayəndə heyəti ilə təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB