"İmkanlardan yararlana bilmədiyimiz üçün təəssüflənirəm" AÇIQLAMA

"İmkanlardan yararlana bilmədiyimiz üçün təəssüflənirəm" AÇIQLAMA

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun "Qəbələ" - "Borussiya" (Dortmund, Almaniya) oyunundan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, ukraynalı mütəxəssis "Qəbələ"yə hörmətlə yanaşıb, oyuna əsas heyətlə çıxdığı üçün "Borussiya"ya təşəkkür edib: "Bu qarşılaşmada Avropanın top-komandasının səviyyəsi hiss olundu. Belə matç bizim üçün faydalı oldu. "Borussiya" ilə matçdan sonra daha da güclü olduq. Rəqibimizin cari mövsüm keçirdiyi bütün oyunlara baxmışam. Onların rəqiblərindən heç biri bu qədər təhlükəli vəziyyət yaratmayıb. Bu imkanlardan yararlana bilmədiyimiz üçün təəssüflənirəm. Belə oyun nümayiş etdirdikləri üçün futbolçularımla fəxr edirəm. Matçın əvvəlində yaratdığımız qol imkanlarından istifadə etsəydik, oyunun necə bitəcəyini söyləmək çətin olardı. Dortmundlular topa daha çox nəzarət edirdilər. Almaniya təmsilçisinin səviyyəsinin çox yüksək olduğunu gördük. Buna görə "Borussiya" ilə Dortmunddakı görüş çox çətin olacaq. Amma qarşıdakı matçlarda müsbət nəticə qazanıb, qrup mərhələsindən 1/16 finala yüksələ bilərik. Düşünürəm ki, 3 oyunda 9 xal yığmaq mümkündür"`.

Bütün xəbərlər Facebook səhifəmizdə